1 fevral 2026. Bazar günü

Həftənin oyunçusu adına namizədlər


Həftənin oyunçusu adına namizədlər

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Atalanta"dan Duvan Zapata, "Mançester Yunayted"dən Markus Reşford, PSJ-dən Moyze Kin və "Atletiko"dan Joau Feliks iddia edir.

Reşford qrup mərhələsinin II turunda “Leyptsiq”ə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moyze Kin İstanbulda "Başakşehir"i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla edib

Feliks "Zaltsburq"u 3:2 üstələdikləri matçda iki qol vurub, Zapata isə "Ayaks" ilə oyunda dubl edib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”