15 avqust 2026. Şənbə

Messi ÇL-da rekorda imza atdı


Messi ÇL-da rekorda imza atdı

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni uğura imza atıb.

Corner.az yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində 70-ci qolunu vurmaqla rekord müəyyənləşdirib.

Messi G qrupunun II turunda "Yuventus"u 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Təcrübəli hücumçu 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Argentinalı futbolçu 14-cü dəqiqədə hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə verib. Bu isə hücumçunun Çempionlar Liqasındakı 33-cü ötürməsidir. Messi bu göstəriciyə görə "Yuventus"da çıxış edən Kriştiano Ronaldodan (38 məhsuldar ötürmə) geri qalır.

Qeyd edək ki, Çempionlar Liqası tarixində heç bir oyunçu qrup mərhələsində 70 qol vurmayıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu