1 fevral 2026. Bazar günü

Neymar zədələndi


Neymar zədələndi

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Başakşəhər"lə matçda zədələnib.

Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı hücumçu görüşün 26-cı dəqiqəsində sıradan çıxıb və Pablo Sarabia ilə məcburi əvəzlənib.

Matçdan sonra Paris təmsilçisinin baş məşqçisi Tomas Tuhel 28 yaşlı futbolçunun zədəsi ilə bağlı bunları deyib: "Onu əvəzləməli idim. Şiddətli ağrıları yox idi, ancaq özünü narahat hiss edirdi. Sıx oyun qrafiki səbəbindən o, bir neçə matç buraxa  bilər. Ümid edirəm ki, ciddi zədə deyil. Testlərin nəticəsini gözləməliyik".

Qeyd edək ki, "Başakşəhər" - PSJ görüşü qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”