1 fevral 2026. Bazar günü

Holand ÇL-də rekorda imza atdı


Holand ÇL-də rekorda imza atdı

“Borussiya Dortmund”un futbolçusu Erlinq Holand Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu buna turnirin qrup mərhələsinin 2-ci turunda "Zenit"lə matçda (2:0) fərqlənərək buna nail olub. Bununla da, norveçli hücumçu ÇL-dəki 10-cu oyununda 12-ci qolunu vurub. Bu, turnirin tarixində mütləq rekorddur. Belə ki, heç bir futbolçu Çempionlar Liqasındakı ilk 10 oyunda belə məhsuldar ola bilməyib.

Qeyd edək ki, bundan əvvəlki rekord Simone İnzaqi, Harri Keyn və Sadio Maneyə məxsus idi. Onlar 10 matçda 9 qol vurmuşdular.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”