30 iyun 2026. Çərşənbə axşamı

Reşford ÇL-da yeni rekord müəyyənləşdirdi


Reşford ÇL-da yeni rekord müəyyənləşdirdi
"Mançester Yunayted”in futbolçusu Markus Reşford UEFA Çempionar Liqasında yeni rekord müəyyənləşdirib.
 
Corner.az xəbər verir ki, 22 yaşlı hücumçu buna “Leyptsiq”lə matçda (5:0) nail olub.
 
Görüşün 63-cu dəqiqəsində meydana daxil olan ingilis oyunçu 74, 78 və 90+2-ci dəqiqələrdə rəqibin qapısına yol tapıb. Bununla da Reşford turnirdə ehtiyatdan meydana daxil olduqdan sonra ən tez het-trik etməyi bacaran futbolçu kimi tarixə düşüb.
 
Əvvəlki rekord 38 dəqiqəyə 3 qol vurmuş Kilian Mbappeyə məxsus idi. 
 
Qeyd edək ki, Reşford 2016-cı ildən “qırmızı şeytanlar”da oynayır.






Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu