15 avqust 2026. Şənbə

PSJ ÇL-sı matçına ciddi itkilərlə çıxacaq


PSJ ÇL-sı matçına ciddi itkilərlə çıxacaq

PSJ klubunun futbolçusu Kilian Mbappe Çempionlar Liqasının qrup mərhələsində III turun Almaniya "Leyptsiq"i ilə ev oyununu buraxacaq

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu zədə səbəbindən matçda çıxış edə bilməyəcək.

Fransalı futbolçu "Nant"ı 3:0 hesabı ilə məğlub etdikləri görüşdə bud əzələsində narahatlıq hiss edib və əvəzlənib.

Komandanın digər zədəli futbolçuları Neymar, Marko Verratti, Mauro İkardi və Yulian Draksler də eyni səbəbdən Bundesliqa klubu ilə matçı buraxacaqlar.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Leyptsiq" - PSJ matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu