26 mart 2026. Cümə axşamı

Başakşəhər'in ilk qələbəsi, Çelsi və Yuventus'dan darmadağın


Başakşəhər'in ilk qələbəsi, Çelsi və Yuventus'dan darmadağın

 UEFA Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turuna yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları üzrə daha 8 qarşılaşma baş tutub.

Türkiyənin yeganə təmsilçisi “Başakşəhər” öz meydanında “Mançester Yunayted”i qəbul edib və qalib gəlməklə ÇL-da ilk qələbəsini rəsmiləşdirib. H qrupunun digər görüşündə isə PSJ və “Leyptsiq” üz-üzə gəlib. Paris təmsilçisi bu oyundan məğlub olub.

E qrupunda “Sevilya” “Krasnodar”ı, “Çelsi” “Renn”i qəbul edib. Hər iki oyunda meydan sahibləri inamlı qələbə qazanıb.

F qrupunda “Zenit” “Latsio”nu, “Brügge” “Borussiya 
Dortmund”la qarşılaşıb. Rusiyadakı oyunda heç-heçə qeydə alınıbsa, Belçikada dortmundlular qalib gəlib.


Ardıcıl iki qələbə qazanan “Barselona” öz meydanında “Dinamo 
Kiyev”i də məğlub edib. G qrupunun digər matçında “Yuventus” səfərdə “Ferentsvaroş”u qonağı olub və qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

4 noyabr

E qrupu

“Sevilya” (İspaniya) – “Krasnodar” (Rusiya) 3:2
Qol: Rakitiç, 42. En Nesiri, 69; 72 – Süleymanov, 17. Berq, 21-pen.

“Çelsi” (İngiltərə) – “Renn” (Fransa) 3:0
Qol: Verner, 10-pen; 41-pen. Abraham, 50.

Çelsi – 7, Sevilya – 7, Krasnodar – 1, Renn – 1.

F qrupu

“Zenit” (Rusiya) – “Latsio” (İtaliya) 1:1
Qol: Eroxin, 32 – Kaysedo, 82.

“Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya) 0:3
Qol: Hazard, 14. Haland, 18; 32.

Borussiya (Dortmund) – 6, Latsio – 5, Brügge – 4, Zenit – 1.

G qrupu

“Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) 2:1
Qol: Messi, 5-pen. Pike, 65 – Tsiqankov, 75.

“Ferentsvaroş” (Macarıstan) – “Yuventus” (İtaliya) 1:4
Qol
: Boli, 90 – Morata, 7; 60. Dibala, 73. Dvali, 81-öz qapısına.

Barselona – 9, Yuventus – 6, Dinamo – 1, Ferentsvaroş – 1.

H qrupu

“Başakşəhər” (Türkiyə) – “Mançester Yunayted” (İngilıtərə) 2:1
Qol: D.Ba, 13. Vişça, 40 – Marsyal, 43.

“Leyptsiq” (Almaniya) – PSJ (Fransa) 2:1
Qol: Nkunku, 42. Forsberq, 56-pen. – Di Maria, 6.

Mançester Yunayted – 6, Leyptsiq – 6, PSJ – 3, Başakşəhər – 3.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"