26 mart 2026. Cümə axşamı

ÇL-da həftənin futbolçusu adına namizədlər


ÇL-da həftənin futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Borussiya"dan (Münxenqladbax) Alassan Plea,  "Liverpul"dan Dioqu Jota, Dortmund "Borussiya"sından Erlinq Holann və "Sevilya"dan Yussef En-Neseri iddia edir.

Plea qrup mərhələsinin III turunda Ukrayna "Şaxtyor"una 6:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Jota isə eyni uğura "Atalanta" ilə matçda (0:5) imza atıb.

Holann Belçikada "Brügge"ni 3 cavabsız qolla məğlub etdikləri qarşılaşmada dubl edib. En-Neseri isə Rusiya "Krasnodar"ı ilə ev oyununda (3:2) 2 qol vurub.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"