26 mart 2026. Cümə axşamı

Ronaldonun ÇL-də 18-ci mövsümü


Ronaldonun ÇL-də 18-ci mövsümü
UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Ferentsvaroş" ilə matç "Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
 
Corner.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerası ərzində ardıcıl 18-ci dəfə qitənin bir nömrəli klub turnirində iştirak edib.
 
Portuqaliyalı  futbolçu hələlik bu göstəricidə "Real"ın sabiq qapıçısı İker Kasilyasdan geridə qalır. Veteran qolkiper ardıcıl 20 dəfə Çempionlar Liqası həyəcanını yaşayıb.
 
Qeyd edək ki, "Ferentsvaroş" - "Yuventus" oyunu qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"