26 mart 2026. Cümə axşamı

Messi Kiyevə aparılmadı


Messi Kiyevə aparılmadı

 "Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Ukraynada "Dinamo Kiyev"ə qarşı matçı buraxacaq.

Corner.az klubun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu həmin qarşılaşmaya sifariş olunmayıb.

Bundan əlavə, Frenki De Yonqun adı da iştirak ərizəsinə daxil edilməyib. Kataloniya təmsilçisinin baş məşqçi Ronald Kumanın hər iki oyunçuya istirahət verdiyi bildirilib.

Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Dinamo" - "Barselona" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"