26 mart 2026. Cümə axşamı

Real ÇL matçına ciddi itkilərlə çıxacaq


Real ÇL matçına ciddi itkilərlə çıxacaq
“Real” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində qarşılaşacağı “İnter” ilə səfər matçına ciddi itkilərlə çıxacaq.
 
Corner.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, komandanın əsas hücumçusu Kərim Benzema və kapitan Serxio Ramos zədəli olduqları üçün "İnter" ilə matçın heyətinə daxil edilməyib.
 
Digər müdafiəçi Eder Militaoda, eləcə də hücumçu Luka Yoviçdə koronavirus aşkarlanıb. Həmçinin, yarımmüdafiəçi Federiko Valverde və müdafiəçi Alvaro Odriosola da Milana aparılmayıb.
 
Qeyd edək ki, “İnter” - "Real” matçı noyabrın 25-də keçiriləcək.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"