26 mart 2026. Cümə axşamı

Sevilya, Çelsi, Barselona və Yuventus 1/8 finalda!


Sevilya, Çelsi, Barselona və Yuventus 1/8 finalda!

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci dövrəsinə start verilib.

Corner.az xəbər verir ki, 4-cü turun ilk oyun günündə 4 qrup üzrə 8 oyun keçirilib.

Baş tutan qarşılaşmaların ardından 1/8 finala vəsiqə qazanan ilk 4 klub bəlli olub.

E qrupunda müvafiq olaraq “Krasnodar” və “Renn” səfərindən minimalhesablı qalibiyyətlə dönən “Sevilya” ilə “Çelsi” növbəti mərhələyə vəsiqəni təmin edib. 

Dortmund “Borussiya”sı ilə “Latsio” yer aldıqları F qrupunda asan qələbə qazanaraq ilk iki pillədəki yerlərini möhkəmlədiblər. 

G qrupunda da 1/8 finalın hər iki iştirakçısı bilinib. Lider “Barselona” yoluna itkisiz davam edib. Kiyev “Dinamo”sunu səfərdə məğlubiyyətə uğradan Kataloniya təmsilçisi növbəti mərhələyə vəsiqəni təmin ediblər. “Yuventus” isə öz meydanında “Ferensvaroş” üzərində əzmkar qələbə qazanaraq, “Barselona”ya yoldaş olub.

“Mançester Yunayted” ötən turda Türkiyədə məğlub olduğu “Başakşəhər”dən revanşı almağı bacarıb. H qrupunun digər oyununda PSJ “Leypsiq”ə qalib gələrək ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, turun digər 8 oyunu noyabrın 25-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

24 noyabr

E qrupu

“Krasnodar” (Rusiya) – “Sevilya” (İspaniya) 1:2
Qol: Vanderson, 56 – Rakitiç, 4. El Haddadi, 90+5.

“Renn” (Fransa) – “Çelsi” (İngiltərə) 1:2
Qol: Jirassi, 85 – Hodson-Odoi, 22. Jiru, 90+1.

Çelsi – 10, Sevilya – 10, Krasnodar – 1, Renn – 1.

F qrupu

“Latsio” (İtaliya) – “Zenit” (Rusiya) 3:1
Qol: İmmobile, 3; 55. Parolo, 55 – Dzyuba, 25.

“Borussiya” (Dortmund, Almaniya) – “Brügge” (Belçika) 3:0
Qol: Haland, 18; 60. Sanço, 45.

Borussiya – 9, Latsio – 8, Brügge – 4, Zenit – 1.

G qrupu

“Dinamo” (Kiyev, Ukrayna) – “Barselona” (İspaniya) 0:4
Qol: Dest, 52. Breyveyt, 57; 70-pen. Qrizmann, 90+2.

“Yuventus” (İtaliya) – “Ferentsvaroş” (Macarıstan) 2:1
Qol: Ronaldo, 35. Morata, 90+2 – Uzuni, 19.

Barselona – 12, Yuventus – 7, Ferentsvaroş – 2, Dinamo – 1.

H qrupu

“Mançester Yunayted” (İngilıtərə) – “Başakşəhər” (Türkiyə) 4:1
Qol: B.Fernandes, 7; 19. Reşford, 35-pen. Ceyms, 90+2 – D.Türüç, 75.

PSJ (Fransa) – “Leypsiq” (Almaniya) 1:0
Qol: Neymar, 11-pen.

Mançester Yunaytet – 9, PSJ – 6, Leypsiq – 6, Başakşəhər – 3.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"