6 dekabr 2025. Şənbə

Haland'dan ÇL-da yeni rekord


Haland'dan ÇL-da yeni rekord

"Borussiya Dortmund"nun futbolçusu Erlinq Haland yeni rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, 20 yaşlı hücumçu Çempionlar Liqasında 15 qola ən tez imza atan oyunçu olub.

Norveçli forvard IV turda evdə Belçika "Brügge"sini 3:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Holann turnirdəki 12 oyunda 16 qol vurub. Haland Dortmund təmsilçisindən başqa sabiq klubu Avstriya "Zaltsburq"unun heyətində də fərqlənib.

Niderlandlı sabiq futbolçu Rud van Nistelroy və hazırda İspaniya "Qranada"sında çıxış edən Roberto Soldado 19 oyuna 15 qola imza ata bilib.

Kriştiano Ronaldo 51, Lionel Messi 29, Robert Levandovski isə 25 görüşə 15 qol vurmağı bacarıb.

Qeyd edək ki, Erlinq Haland 2019-cu ilin dekabrında "Zaltsburq"dan "Borussiya"ya keçib.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”