26 mart 2026. Cümə axşamı

Ronaldo Messinin rekorduna şərik oldu


Ronaldo Messinin rekorduna şərik oldu
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilmiş “Ferentsvaroş” ilə oyun “Yuventus”un hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.
 
Corner.az xəbər verir ki, Turin təmsilçisinin 2:1 hesabıyla qalib gəldiyi matçda portuqal futbolçu turinlilərin ilk qolunun müəllifi olub.
 
Bununla da o, Çempionlar Liqasında ev oyununda özünün 70-ci qolunu vurub. Ronaldo bu göstərici üzrə "Barselona"nın hücumçusu Lionel Messinin rekorduna şərik olub.
 
"Yuventus" 4 turdan sonra 9 xalla G qrupunda ikincidir. Turin klubu növbəti turda (2 dekabr) Kiyev "Dinamo"su ilə qarşılaşacaq.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"