1 fevral 2026. Bazar günü

Yuventus'dan tarixi ilk


Yuventus'dan tarixi ilk
“Yuventus” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Ferentsvaroş”u 2:1 hesabı ilə məğlub edib.
 
Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi bu oyunda italyalı müdafiəçilərin xidmətindən yararlanmayıb.
 
Bununla da, klubun yarandığı gündən bəri – 123 ildə ilk dəfə bir oyunda qapı və müdafiə xəttində yalnız legionerlər iştirak edib. Klub yarandığı gündən keçirdiyi 4371 rəsmi oyunun hər birində azı bir yerli müdafiəçi və ya qapıçının xidmətindən istifadə etmişdi.
 
Bu qələbədən sonra “Yuventus”un növbəti mərhələyə vəsiqə qazanması rəsmiləşib.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”