4 may 2026. Bazar ertəsi

Mançester Siti və Bavariya 1/8 finalda!


Mançester Siti və Bavariya 1/8 finalda!

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə 4 qrup üzrə 8 matç keçirilib.

Turnirin son qalibi “Bavariya” öz meydanında “Zalsburq” üzərində qələbə qazanıb. İtkisiz irəliləyən Almaniya klubu 1/8 finala vəsiqəni rəsmiləşdirib. A qrupunun digər matçında “Atletiko” “Lokomotiv”in müqavimətini qıra bilməyib.

B qrupunda Münhenqladbax “Borussiya”sı “Şaxtyor”a darmadağınla qalib gəlib. Turnirə uğursuz başlayan “Real” isə “İnter” üzərində inamlı qələbə ilə ikinci pilləyə yüksəlib.

“Olimpiakos”un qonağı olan “Mançester Siti” ardıcıl 4-cü dəfə qalib gələrək 1/8 finala yüksəlib. Marsel isə bu dəfə “Porto”ya məğlub olub.

D qrupunun lideri “Liverpul” ilk xal itkisinə “Atalanta” ilə görüşdə uduzub. “Midtyulland” üzərində qələbə “Ayaks”in ikinci pilləni qoruması üçün yetərli olub.

Qeyd edək ki, bir gün öncə “Çelsi”, “Sevilya”, “Barselona” və “Yuventus” da 1/8 finala vəsiqə qazanmışdı.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

25 noyabr

A qrupu

“Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya) 0:0

“Bavariya” (Almaniya) – “Zalsburq” (Avstriya) 3:1
Qol: Levandovski, 42. Vober, 52-öz qapısına. Sane, 68 – Berişa, 73.

Bavariya – 12, Atletiko – 5, Lokomotiv – 3, Zalsburq – 1.

B qrupu

“Borussiya” (Münhenqladbax, Almaniya) – “Şaxtyor” (Ukrayna) 4:0
Qol: Ştindl, 17. Elvedi, 34. Embolo, 45+1. Vendt, 77.

“İnter” (İtaliya) – “Real” (İspaniya) 0:2
Qol: Hazard, 7-pen. Hakimi, 59-öz qapısına.

Borussiya – 8, Real – 7, Şaxtyor – 4, İnter – 2.

C qrupu

“Olimpiakos” (Yunanıstan) – “Mançester Siti” (İngiltərə) 0:1
Qol: Foden, 36.

“Olimpik” (Marsel, Fransa) – “Porto” (Portuqaliya) 0:2
Qol: Sanuzi, 39. S.Oliveyra, 72-pen.

Mançester Siti – 12, Portu – 9, Olimpiakos – 3, Olimpik – 0.

D qrupu

“Ayaks” (Niderland) – “Midtyulland” (Danimarka) 3:1
Qol: Qravenberx, 47. Mazraui, 49. Neres, 66 – Mabil, 81-pen.

“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) 0:2
Qol: İliçiç, 60. Qosens, 64.

Liverpul – 9, Ayaks – 7, Atalanta – 7, Midtyulland – 0.







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı