8 may 2026. Cümə

Fransa klubu antirekorda imza atdı


Fransa klubu antirekorda imza atdı
UEFA Çempionlar Liqasında yeni antirekord qeydə alınıb.
 
Corner.az xəbər verir ki, buna “Olimpik Marsel ” klubu imza atıb.
 
Liqa 1 təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ardıcıl 13-cü dəfə məğlub olub. Bu, Çempionlar Liqası tarixinin ən uzun məğlubiyyət seriyasıdır.
 
Sözügedən antirekord ötən gün baş tutan “Porto” ilə oyunda rəsmiləşib – 0:2. Bununla da Andre Villaş Boaşın komandası 1/8 final şansını əldən verib.
 
Qeyd edək ki, Marsel təmsilçisinə qədər antirekord “Anderlext”ə məxsus idi. Belçikalılar ardıcıl 12 dəfə uduzmuşdu. 






Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"