1 fevral 2026. Bazar günü

Bavariya Atletiko'nun rekordunu təkrarladı


Bavariya Atletiko'nun rekordunu təkrarladı

 "Bavariya" klubu avrokuboklarda "Atletiko"nun rekordunu təkrarlayıb.

Corner.az-ın məlumatına görə, Münhen təmsilçisi buna Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə "Zalsburq"u 3:1 hesabı ilə məğlub etdiyi görüşdən sonra nail olub.

Bu, komandanın avrokuboklarda ardıcıl 16-cı qələbəsidir.

"Atletiko" 2011/2012 mövsümündə Avropa Liqasında və UEFA Super Kubokunda ardıcıl 16 qələbə qazanıb.

Qeyd edək ki, dekabrın 1-də Çempionlar Liqasının A qrupunun V tur matçında "Atletiko" "Bavariya"nı qəbul edəcək. Münhen komandası qələbə qazanacağı təqdirdə, rekord qıracaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”