15 avqust 2026. Şənbə

ÇL-sı matçını ilk dəfə qadın referi idarə edəcək


ÇL-sı matçını ilk dəfə qadın referi idarə edəcək

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turunda "Yuventus" ilə "Dinamo" (Kiyev) klubları arasında keçiriləcək matça təyinatlar açıqlanıb.

Corner.az xəbər verir ki, qarşılaşma Fransa Futbol Federasiyasından Stefani Frappara tapşırılıb. O, ÇL oyunu idarə edən ilk qadın referi kimi tarixə düşəcək.

Frappara Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.

Qadın referi daha əvvəl bu ilin oktyabrında Avropa Liqasının qrup mərhələsinin "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) görüşündə (3:0) ədaləti təmsil edib.

Qeyd edək ki, "Yuventus" - "Dinamo" matçı dekabrın 2-də oynanılacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu