15 avqust 2026. Şənbə

Atletiko'da ciddi itki


Atletiko'da ciddi itki
"Atletiko” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Bavariya” ilə qarşılaşacaq.
 
Corner.az xəbər verir ki, Madrid klubunun hücumçusu Luis Suares bu oyunda iştirak edə bilməyəcək.
 
Buna səbəb, uruqvaylı futbolçunun növbəti koronavirus testinin də pozitiv çıxmasıdır. Bu səbəblə komandanın məşqlərinə qatıla bilməyən futbolçu, “Bavariya” ilə ev matçını da qaçırmalı olacaq.
 
Suares noyabrın ortalarında – Uruqvay millisinin düşərgəsində koronavirusa yoluxub.
 
Bu gün keçiriləcək “Atletiko” – “Bavariya” oyununa saat 24:00-da start veriləcək.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu