8 may 2026. Cümə

Messi növbəti ÇL-sı oyununu da buraxacaq


Messi növbəti ÇL-sı oyununu da buraxacaq

"Barselona" UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə "Ferentsvaroş" klubu ilə matçda bir neçə futbolçusunun xidmətindən yararlanmayacaq.

Corner.az-ın məlumatına görə, baş məşqçi Ronald Kuman qapıçı Mark-Andre ter Ştegen, yarımmüdafiəçi Filippe Koutinyo və kapitan Lionel Messini Budapeştə aparmayacaq. Kuman oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb.

Qeyd edək ki, dekabrın 2-də keçiriləcək "Ferentsvaroş" - "Barselona" qarşılaşması Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Lionel Messi Ukraynada Kiyev "Dinamo"sunu 4:0 hesabı ilə məğlub etdikləri IV tur matçını da buraxmışdı.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"