15 avqust 2026. Şənbə

Zidan'dan istefa açıqlaması


Zidan'dan istefa açıqlaması

 "Real Madrid"in baş məşqçisi Zinəddin Zidan UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Şaxtyor Donetsk"ə 0:2 hesablı məğlubiyyəti şərh edib.

Corner.az xəbər verir ki, 48 yaşlı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qara zolaq"da olduqlarını bildirib.

Fransalı baş məşqçi istefa məsələsinə də toxunub: "Hazırkı reallıqda işimizi davam etdirməliyik. Matça yaxşı hazırlaşmışdıq. İlk hissəni əla keçirsək də, qol vur bilmədik. Daha bir oyunumuz qalıb. Qələbə qazanmalıyıq. İstefa məsələsinə gəlincə, bu barədə düşünmürəm. İşləmək üçün gücüm var. Başımızı qaldırıb, növbəti oyunu fikirləşməliyik. Başqa yolumuz yoxdur".

Qeyd edək ki, 5 oyundan cəmi 7 xal toplayan "Real Madrid" B qrupunda 3-cü pillədə qərarlaşıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu