15 avqust 2026. Şənbə

Bombardirlər siyahısında yeni hücumçu


Bombardirlər siyahısında yeni hücumçu

"Bavariya"nın futbolçusu Tomas Müller Çempionlar Liqasında yeni uğura imza atıb.

Corner.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu turnirin bombardirləri siyahısında ilk "10-luğ"a daxil olub.

Almaniyalı futbolçu qrup mərhələsinin V turunda səfərdə "Atletiko Madrid" ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə fərqlənib. Bu, Müllerin turnirdə 47-ci qolu olub.

Çempionlar Liqasında ən çox qolu İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldu vurub - 131. İspaniyanın "Barselona" komandasında oynayan Lionel Messi 118 qolla ikinci, Almaniya "Bavariya"sında çıxış edən Robert Levandovski isə üçüncüdür - 71.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu