23 oktyabr 2024. Çərşənbə

Borussiya 1/8 finalda!


Borussiya 1/8 finalda!

UEFA Çempionlar Liqasında 5-ci turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, turun ikinci oyun günündə də 4 qrup üzrə 8 qarşılaşma keçirilib.

E qrupunda “Sevilya”ya səfərdə böyükhesabla qalib gələn “Çelsi” 1-ci pillədəki yerini əlçatmaz edib. “Renn”i məğlub edən “Krasnodar” isə qrup üçüncüsü kimi Avropa Liqasında iştirakı rəsmiləşdirib.

F qrupunda “Latsio” ilə heç-heçə edən Dortmund “Borussiya”sı 1/8 finala adlamağı təmin edibsə, Dortmund təmsilçisinə kimin yoldaş olacağına son turda İtaliya təmsilçisi ilə “Brügge” öz arasında müəyyənləşdirəcək.

G qrupundakı matçlar formal xarakter daşısa da, “Barselona” və “Yuventus” növbəti 3 xalı aktivlərinə yazdırmaqda çətinlik çəkməyiblər. Sözügedən iki nəhəng klub son turda kimin ilk pilləni tutacağına İspaniyada aydınlıq gətirəcək.

Ən gərgin mübarizə H qrupunda gedir. Bol qollu qarşılaşmada “Başakşəhər”i Türkiyədə məğlub edən “Leyptsiq” şansını son tura daşımağı bacarıb. “Mançester Yunayted” üzərində səfərdə qələbə qazanan PSJ həm revanşı alıb, həm də vəziyyətini yaxşılaşdırıb. Son tur öncəsi “Mançester Yunayted”, PSJ və “Leyptsiq” eyni sayda xala malikdir.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur

2 dekabr

E qrupu

“Krasnodar” (Rusiya) – “Renn” (Fransa) 1:0
Qol: Berq, 71.

“Sevilya” (İspaniya) – “Çelsi” (İngiltərə) 0:4
Qol: Jiru, 8; 54; 74; 83-pen.

Çelsi – 13, Sevilya – 10, Krasnodar – 4, Renn – 1.

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Latsio” (İtaliya) 1:1
Qol: Gerreyro, 44 – İmmobile, 66.

“Brügge” (Belçika) – “Zenit” (Rusiya) 3:0
Qol: De Ketelaere, 33. Vanaken, 58. Lanq, 74.

Borussiya – 10, Latsio – 9, Brügge – 7, Zenit – 1.

G qrupu

“Yuventus” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) 3:0
Qol: Kyeza, 21. Ronaldo, 57. Morata, 66.

“Ferentsvaroş” (Macarıstan) – “Barselona” (İspaniya) 0:3
Qol
: Qrizmann, 14. Breytveyt, 20. Dembele, 28-pen.

Barselona – 15, Yuventus – 12, Dinamo – 1, Ferentsvaroş – 1.

H qrupu

“Başakşəhər” (Türkiyə) – “Leyptsiq” (Almaniya) 3:4
Qol: İ.Kahveci, 45+3; 72; 85 – Poulsen, 26. Mukiele, 43. Olmo, 66. Sorlot, 90+2.

“Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa) 1:3
Qol: Reşford, 32 – Neymar, 6; 90+1. Markinyos, 69.

Mançester Yunayted – 9, PSJ – 9, Leyptsiq – 9, Başakşəhər – 3.







Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər