15 may 2026. Cümə

Türk futbolçu həftənin oyunçusu adına namizəd oldu


Türk futbolçu həftənin oyunçusu adına namizəd oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Corner.az-ın məlumatına görə, bu ada "Çelsi"dən Olivye Jiru, "Başakşehir"dən İrfan Can Kahveci, "İnter"dən Romelu Lukaku və "Zaltsburq"dan Merqim Berişa iddia edir.

Jiru "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda poker edib. Kahveci evdə "Leyptsiq"ə 3:4 hesabı ilə uduzduqları görüşdə het-trikin müəllifi olub.

Lukaku Mönxenqladbax "Borussiya"sına 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib. Berişa isə Rusiyada Moskva "Lokomotiv"i ilə matçda eyni sayda qolun müəllifi olub.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"