12 avqust 2026. Çərşənbə

Jiru ÇL-nın tarixinə düşdü


Jiru ÇL-nın tarixinə düşdü

 "Çelsi"nin futbolçusu Olivye Jiru Çempionlar Liqasının tarixinə düşüb.

Corner.az UEFA-nın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu turnirdə ən yaşlı poker edən oyunçu ünvanına sahib çıxıb.

Fransalı futbolçu qrup mərhələsinin V turunda "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda bütün qolları vurub.

Qeyd edək ki, Olivye Jiru 2018-ci ildən "Çelsi"də çıxış edir.







Çempionlar liqası