26 mart 2026. Cümə axşamı

Mançester Yunayted hücumçusunu itirdi


Mançester Yunayted hücumçusunu itirdi
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində evində PSJ-yə 1:3 hesabı ilə uduzan “Mançester Yunayted” ciddi itki ilə üzləşib.
 
Corner.az xəbər verir ki, “qırmızı şeytanlar”ın futbolçusu Markus Reşford sıradan çıxıb. Oyuna start heyətdə çıxan 23 yaşlı hücumçu 74-cü dəqiqədə zədələnərək meydanı erkən tərk edib.
 
Oyundan sonra futbolçunun vəziyyəti ilə bağlı açıqlama verən komandanın baş məşqçisi Ole-Qunnar Sulşer, Reşfordun çiynindən zədə aldığını təsdiqləyib. İngiltərəli futbolçunun son vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"