26 mart 2026. Cümə axşamı

Yuventus'un türk futbolçusu yenə zədələndi


Yuventus'un türk futbolçusu yenə zədələndi
 “Yuventus”un müdafiəçisi Merih Demiral yenidən sıradan çıxıb.
 
Corne.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
A Seriyası çərçivəsində “Kalyari”yə 2:0 hesabıyla qalib gəldikləri matçda zədələnən 22 yaşlı müdafiəçinin bir neçə gün öncə məşqlərə başlamış və dekabrın 2-də “Dinamo Kiyev”ə 3:0 hesabıyla qalib gəldikləri matçda da meydana çıxmışdı. Amma türkiyəli futbolçu bu oyunun ikinci hissəsində növbəti dəfə zədələnib və əvəzlənmə məcburiyyətində qalıb
 
Klubun yaydığı məlumata görə, Merih daha 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Demiralın İtaliya çempionatı çərçivəsində “Torino”, UEFA Çempionlar Liqasında isə “Barselona” ilə oyunları buraxacağı dəqiqləşib.
 
Türk futbolçu bu mövsüm “Yuventus”da 9 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"