- Çempionlar liqası
- 22:50 27.11.2025
UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçı ilə bağlı qərarını açıqlayıb.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma az sonra qaldığı yerdən davam etdiriləcək.
Görüşün 4-cü hakimi Sebastian Koltesku meydana çıxmayacaq.
***
UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda PSJ ilə "Başakşəhər" klubu arasındakı qarşılaşma 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb.
Corner.az "NTV Spor"a istinadən xəbər verir ki, buna oyunun 4-cü hakimi Sebastian Kolteskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.
Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib.
Qeyd edək ki, hazırda hesab 0:0-dır.