15 may 2026. Cümə

Azərbaycan klublarından Başakşəhər'ə dəstək


Azərbaycan klublarından Başakşəhər'ə dəstək

"Qarabağ", "Neftçi", "Qəbələ" və "Zirə" klubları UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə oyunda irqçiliyə məruz qalmış "Başakşehir" klubunun məşqçisi Pyer Veboya dəstək olub

Corner.az-ın məlumatına görə, Ağdam klubu bununla bağlı "Facebook" səhifəsində Kevin Medina və Donald Geryenin birgə fotosunu paylaşıb.

Fotonun üzərində isə "Gülüşünüzdən başqa rəng yoxdur" sözləri yazılıb.


Digər 3 klub isə feysbuk hesabından "İrqçiliyə yox" şüarını paylaşıb.

Qeyd edək ki, PSJ. - "Başakşehir" oyunu 4-cü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb. Matçın qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"