6 dekabr 2025. Şənbə

Barselona evində darmadağın oldu


Barselona evində darmadağın oldu

UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib.

Corner.az xəbər verir ki, baş tutan oyunlardan sonra daha 3 komanda – “Latsio”, “Leypsiq” və PSJ 1/8 finala vəsiqə qazanıb.

E qrupunda bütün yerlərin sahibləri öncədən bəlli olduğundan, son tur formal xarakter daşıyıb.

F qrupunda “Latsio” öz meydanında “Brügge” ilə məhsuldar heç-heçəyə edibsə də, bu, 1/8 finala vəsiqə üçün kifayət edib. Dortmund “Borussiya”sı “Zenit”i səfərdə məğlub edərək, bunu qrup birincisi kimi reallaşdırıb.

G qrupunda 1-ci yerin taleyinə “Yuventus”la “Barselona” arasında matç aydınlıq gətirib. Turindəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxan “qoca sinyora” növbəti mərhələyə qrupun birincisi kimi yollanıb.

H qrupunda bir oyun keçirilib. Dramatik alınan matçda “Mançester Yunayted”i məğlub edən “Leypsiq” mübarizəni davam etdirib. PSJ – “Başakşəhər” qarşılaşması isə ehtiyat hakimin irqçi ifadələri səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılıb. Buna baxmayaraq, PSJ-ni də 1/8 finalda hesab etmək olar. Çünki “Mançester Yunayted”lə xalları bərabər olan Paris klubu şəxsi oyunlarda üstün olduğundan, “Başakşəhər”ə məğlub olsa da, heç nə dəyişməyəcək.

“Krasnodar”dan sonra “Brügge”, Kiyev “Dinamo”su və “Mançester Yunayted” qrup üçüncüsü kimi mübarizəni Avropa Liqasında davam etdirmək hüququ əldə edib. Bu isə o deməkdir ki, növbəti mərhələnin artıq 12 iştirakçısı məlumdur.

Qeyd edək ki, dekabrın 9-da digər 4 qrupda son oyunlar keçiriləcək. Bu qruplarda “Bavariya”, “Mançester Siti”, “Porto” və “Liverpul” 1/8 finala vəsiqəni artıq rəsmiləşdirib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur

8 dekabr

E qrupu

“Renn” (Fransa) – “Sevilya” (İspaniya) 1:3
Qol: Rutter, 86-pen – Kunde, 32. En Nesiri, 45+2; 81.

“Çelsi” (İngiltərə) – “Krasnodar” (Rusiya) 1:1
Qol: Jorjinyo, 28-pen – Kabella, 24.

Çelsi – 14, Sevilya – 13, Krasnodar – 5, Renn – 1.

F qrupu

“Latsio” (İtaliya) – “Brügge” (Belçika) 2:2
Qol: Korrea, 12. İmmobile, 27-pen – Vormer, 15. Vanaken, 76.

“Zenit” (Rusiya) – “Borussiya” (Dortmund, Almaniya) 1:2
Qol: Driussi, 16 – Pişçek, 68. Vitsel, 78.

Borusssiya – 13, Latsio – 10, Brügge – 8, Zenit – 1.

G qrupu

“Dinamo” (Kiyev, Ukrayna) – “Ferentsvaroş” (Macarıstan) 1:0
Qol: Popov, 60.

“Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) 0:3
Qol: Ronaldo, 13-pen; 52-pen. Makkenni, 20.

Yuventus – 15, Barselona – 15, Dinamo (Kiyev) – 4, Ferentsvaroş – 1.

H qrupu

00:00. PSJ (Fransa) – “Başakşəhər” (Türkiyə)

“Leyptsiq” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) 3:2
Qol: Anxelinyo, 2. Haydara, 13. Kluyvert, 69 – B.Fernandes, 80-pen. Poqba, 82.

Leyptsiq – 12, PSJ – 9, Mançester Yunayted – 9, Başakşəhər – 3.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”