26 mart 2026. Cümə axşamı

UEFA PSJ - Başakşəhər matçı ilə bağlı araşdırma aparacaq


UEFA PSJ - Başakşəhər matçı ilə bağlı araşdırma aparacaq

PSJ və "Başakşəhər" klubları arasındakı Çempionlar Liqasının VI tur matçında baş vermiş insident araşdırılacaq.

Corner.az xəbər verir ki, bu barədə UEFA rəsmi "Tvitter" hesabından paylaşım edib.

Avropa futbol qurumu hadisədən xəbərdar olduqlarını və hərtərəfli araşdırma aparacaqlarını bildirib: "İrqçiliyin və hər cür ayrıseçkiliyin futbolda yeri yoxdur".

Qeyd edək ki, PSJ - "Başakşehir" oyunu rumıniyalı 4-cü hakim Sebastian Koltsesunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə dayandırılıb. Matçı bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"