30 iyun 2026. Çərşənbə axşamı

Ronaldo Messini rəqib olaraq görmədiyini söylədi


Ronaldo Messini rəqib olaraq görmədiyini söylədi

 "Yuventus"un futbolçusu Kriştiano Ronaldo  "Barselona"nın hücumçusu Lionel Messi ilə münasibətlərindən danışıb.

Corner.az "Football Italia"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Kataloniya komandasına səfərdə 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının qrup mərhələsinin 6-cı  tur matçından sonra maraqlı açıqlama verib.

Portuqaliyalı futbolçu argentinalı hücumçunu özünə rəqib hesab etmədiyini bildirib: "12-13 ildir ki, birlikdə müxtəlif mükafatlandırma mərasimlərində iştirak edirik. Onu heç vaxt rəqib kimi görməmişəm. Hər şey media tərəfindən şişirdilir. Biz həmişə yaxşı münasibətdə olmuşuq. Messidən soruşsanız, o da sizə bunları söyləyəcək".

Qeyd edək ki, "Yuventus" "Barselona" üzərində qələbə sayəsində qrup lideri kimi 1/8 finala yüksəlib.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu