30 iyun 2026. Çərşənbə axşamı

Kamp Nou'da 3 qol vurursunuzsa ...


Kamp Nou'da 3 qol vurursunuzsa ...

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Barselona"ya 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, "Football İtalia"ya danışan portuqaliyalı hücumçu deyib: “Bu missiya demək olar ki, mümkün deyildi. Yaxşı başlamaq çox vacib idi. 20 dəqiqədə artıq hesabda 2:0 öndə idik və o andan etibarən bacaracağımıza inanırdıq.

Belə bir qələbə inamımızı gücləndirəcək. Bu cür ciddi komandaya qarşı matçda qələbəyə ehtiyacımız vardı. "Kamp Nou"da üç qol vurursunuzsa, qrupda qalib gəlməyə layiq olduğunuza şübhə ola bilməz".

Qeyd edək ki, bu qələbə sayəsində Turin təmsilçisi qrup birincisi olub. Ronaldo isə Kataloniya təmsilçisinə qarşı matçda iki dəfə penaltidən fərqlənib.(qol)







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu