26 mart 2026. Cümə axşamı

Salah ÇL-da ilkə imza atdı


Salah ÇL-da ilkə imza atdı
 Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində səfərdə “Midtyulland”ın qonağı olan “Liverpul” bu matçdan 1:1 hesablı bərabərliklə ayrılıb.
 
Corner.az xəbər verir ki, sözügedən matç Premyer Liqa klubunun hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.
 
28 yaşlı futbolçu bu klubun Çempionlar Liqasındakı ən erkən qolunun müəllifinə çevrilib. Salah buna 55-ci saniyədə fərqlənməklə nail olub.
 
Misirli hücumçu həm də ÇL-də vurduğu qolların sayını 22-yə çatdırıb. Beləcə, Salah “Liverpul”un sözügedən turnirdəki bombardirinə çevrilib. Əvvəlki rekord Stiven Cerrarda məxsus idi – 21 qol.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"