UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində keçirilmiş “Başakşəhər”lə ev matçı PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Corner.az xəbər verir ki, 5:1 hesabıyla qələbə qazandıqları oyunda dubla imza atan fransalı futbolçu ÇL-də yeni rekord müəyyənləşdirib.
Belə ki, Mbappe, sözügedən turnirdə 20 qol vuran ən gənc futbolçu kimi tarixə düşüb. Hazırda 21 yaşı olan futbolçudan öncəki rekord “Barselona”nın hücumçusu Lionel Messiyə məxsus idi. Argentinalı futbolçu ÇL-də 20-ci qolunu vuranda (2010-cu ilin fevralında) 22 yaş 267 günlük idisə, Mbappe bu saya 21 yaş 355 günlüyündə çatıb.