30 iyun 2026. Çərşənbə axşamı

ÇL-da həftənin futbolçusu adına namizədlər


ÇL-da həftənin futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Corner.az-ın məlumatına görə, bu ada PSJ-dən Neymar, "Real Madrid"dən Kərim Benzema, "Şaxtyor" (Donetsk) klubunun qapıçısı Anatoli Trubin və "Sevilya"nın oyunçusu Yussef En-Nesiri iddia edir.

Neymar Parisdə "Başakşehir"i 5:1 hesabı ilə məğlub etdikləri matçda het-trik edib. Benzema evdə "Borussiya" (Mönxenqladbax) klubuna 2:0 hesabı ilə qalib gəldikləri oyunda dublun müəllifi olub.

En-Nesiri "Renn"i 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada iki qol vurub. Trubin isə "İnter"lə qolsuz bərabərə qaldıqları görüşdə 4 qurtarışla yadda qalıb.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu