4 may 2026. Bazar ertəsi

Real ÇL-da rekorda imza atdı


Real ÇL-da rekorda imza atdı

"Real Madrid" klubu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Corner.az xəbər verir ki, qrup mərhələsinin VI turunda ev oyununda Mönxenqladbax "Borussiya"sını 2:0 hesabı ilə məğlub edən paytaxt klubu 29-cu dəfə (ikinci qrup mərhələləri daxil olmaqla, 1999 - 2003-cü illər) növbəti mərhələyə vəsiqə qazanıb.

Bu isə turnirin rekordu deməkdir. Komanda B qrupunu 10 xalla birinci pillədə başa vurub.

"Kral klubu"nun hücumçusu Kərim Benzama komandasının hər iki qoluna imza ataraq qrup mərhələsində 50-ci qoluna imza atıb. 32 yaşlı forvard bu göstəriciyə görə "Barselona"da çıxış edən Lionel Messi və "Yuventus"un hücumçusu Kriştianu Ronalduya çatıb.







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı