1 fevral 2026. Bazar günü

Real və Yuventus'la düşmək istəyərəm


Real və Yuventus'la düşmək istəyərəm

"Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/8 finalında kimlə oynamaq istədiyini açıqlayıb.

 Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi püşkdə "Real", "Yuventus", "Mançester Siti", "Liverpul" və ya "Çelsi" ilə düşə bilər.

Y.Naqelsman "Marca"ya açıqlamasında "Real" və "Yuventus"a rəqib olmaq istədiklərini bildirib:

“Həmişə növbəti rəqibimizin himnini dinləyirəm. "Real" və "Yuventus"un çox yaxşı himnləri var, ona görə də onlardan biri ilə qarşılaşmaq istədim. Mükəmməl bir ispan və ya italyan dili biliyim olmasa da, bu himləri oxuya bilərəm".

Qeyd edək ki, ÇL-in 1/8 final mərhələsinin püşkatma mərasimi dekabrın 14-ü keçiriləcək







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”