15 may 2026. Cümə

UEFA Azərbaycanda oynamış məşhur futbolçunu seçdi


UEFA Azərbaycanda oynamış məşhur futbolçunu seçdi

UEFA rəsmi tvitter səhifəsində səsverməyə başlayıb.

Corner.az-ın məlumatına görə, sorğuda Çempionlar Liqasında (ÇL) oynamış Afrikanın 4 əfsanəvi futbolçusu yer alıb.

Onların arasında "Səbail"in sabiq futbolçusu Maykl Essyen də var.

Hazırda Danimarkanın "Norşellan" klubunda işləyən 39 yaşlı mütəxəssis Afrikanın ÇL-də oynamış ən yaxşı oyunçusu nominasiyasında Samuel Eto O, Didye Droqba, Nvankvo Kanu ilə mübarizə aparır.

Qeyd edək ki, Maykl Essyen 2011/2012 mövsümündə İngiltərənin "Çelsi" klubu ilə Çempionlar Liqasının qalibi olub. Qanalı keçmiş yarımmüdafiəçi 2007/2008 mövsümündə eyni komanda ilə gümüş medal əldə edib.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"