- Çempionlar liqası
- 23:48 20.03.2026
UEFA İntizam Komitəsi Bayern Munich'in futbolçusu Thomas Müllerin cəzasının ləğv edilməsi ilə bağlı apellyasiya şikayətini rədd edib.
Corner.az xəbər verir ki, almaniyalı futbolçunun iki oyunluq cəzası qüvvədə qalıb. Beləliklə, T.Müller Çempionlar Liqasının 1/8 finalında Liverpool'la hər iki görüşü buraxacaq.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin son turunun Ajax'la səfər qarşılaşmasında rəqib futbolçunun başına təpik vurduğu üçün qırmızı vərəqə almışdı.(qol.az)