1 fevral 2026. Bazar günü

Liverpul Almaniyaya buraxılmır - ÇL oyunu üçün


Liverpul Almaniyaya buraxılmır - ÇL oyunu üçün

Çempionlar Liqasının 1/8 final mərhələsində fevralın 16-ı keçirilməli olan “Leyptsiq” – “Liverpul” matçı Almaniyada keçirilməyəcək.

Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndələri məlumat veriblər.

Bildirilib ki, koronavirusun mutasiyaya uğramış variantına yoluxmaların olduğu yerlərdən gələnlər fevralın 17-dək Almaniyaya buraxılmır.  Qadağa şənbə günü qüvvəyə minib. “Liverpul” üçün xüsusi güzəşt edilməyəcəyi təsdiqlənib.

"Alman hökumətinin keçən cümə günü  koronavirusun yayılmasına qarşı qorunma haqqında hökumətin fərmanı yalnız bəzi istisnaları təmin edir. Burada peşəkar idmançılar üçün xüsusi qaydalar yoxdur"  - deyə  hökumətin açıqlamasında bildirilir.

Qeyd edək ki, Almaniya hökumətinin bu qərarından sonra UEFA-nın  qısa müddətdə bu görüşlə bağlı açıqlama yayması gözlənilir.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”