15 avqust 2026. Şənbə

UEFA daha bir ÇL matçının yerini dəyişdirdi


UEFA daha bir ÇL matçının yerini dəyişdirdi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Atletiko” və “Çelsi” klubları arasında keçiriləcək ilk matçın yeri dəyişdirilib.
 
Corner.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Madriddə yox, Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.
 
Buna London klubunun koronavirusa görə İspaniyaya gedə bilməməsi səbəb olub. Qarşılaşma fevralın 23-də baş tutacaq.
 
Qeyd edək ki, 1/8 finalın “Liverpul” (İngiltərə) - “Leypsiq” (Almaniya) görüşü də eyni səbəbdən Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu