26 mart 2026. Cümə axşamı

Borussiya - Mançester Siti matçının da yeri dəyişdirildi


Borussiya - Mançester Siti matçının da yeri dəyişdirildi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Borussiya” (Münhenqladbax) və “Mançester Siti” klubları arasında keçiriləcək ilk oyunun yeri dəyişdirilib.
 
Corner.az xəbər verir ki, qarşılaşmanın Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcəyi açıqlanıb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Qitə futbol qurumunun belə qərar verməsinin səbəbi koronavirus pandemiyasının yaratdığı problemlərdir. Məsələ burasındadır ki, pandemiya ilə əlaqədar Almaniya və İngiltərə arasındakı beynəlxalq uçuşlar dayandırılıb.
 
Qeyd edək ki, “Borussiya” – “Mançester Siti” matçı fevralın 24-də baş tutacaq.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"