6 dekabr 2025. Şənbə

Çempionlar Liqasının formatı dəyişir


Çempionlar Liqasının formatı dəyişir
UEFA quruma üzv olan 55 milli assosiasiya ilə Çempionlar Liqasının yeni formatı ilə bağlı müzakirə aparıb.
 
Corner.az xəbər verir ki, fevralın 9-da qurumun prezidenti Aleksandr Çeferinin sədrliyi ilə müzakirələr aparılıb. 
 
İclasda bütün qurumlar irəli sürülən təklifə müsbət yanaşıblar.
 
Yeni formatın aprel ayında təsdiq edilməsi gözlənilir. UEFA yeni formatı 2024-cü ildən tətbiq etməyi düşünür.
 
Yeni formata əsasən, ÇL-də komanda sayı 32-dən 36-yadək arta bilər. Komandaların qruplara bölünməsinin ləğvi təklif edilir, əvəzində turnir İsveçrə sistemi ilə oynanılacaq. Beləliklə, hər klub fərqli rəqiblərə qarşı ən azı 10 matç (5 evdə, 5 səfərdə) keçirəcək. Bundan sonra isə turnir cədvəli formalaşacaq. İlk 8 klub birbaşa 1/8 finala yüksələcək. Digər komandalar isə növbəti mərhələyə yüksəlmək üçün yenidən mübarizə aparacaqlar.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”