26 mart 2026. Cümə axşamı

Real ÇL-sı matçına itkilərlə çıxacaq


Real ÇL-sı matçına itkilərlə çıxacaq

"Real Madrid" "Atalanta"ya qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçına itkilərlə çıxacaq.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, son olaraq "kral klubu"nun heyətində Daniel Karvahal sıradan çıxıb.

29 yaşlı cinah müdafiəçisi La Liqanın 23-cü turunda "Valensiya"nı 2:0 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib. Bundan əlavə, baş məşqçi Zinəddin Zidan əməliyyat olunmuş kapitan Serxio Ramosun xidmətindən yararlana bilməyəcək. Madrid təmsilçisində həmçinin, Marselo, Rodriqo, Federiko Valverde, Eder Militau, Alvaro Odriosola və Eden Azar zədəlidir.

Qeyd edək ki, fevralın 23-də keçiriləcək "Atalanta" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"