6 dekabr 2025. Şənbə

Məqsədimiz ÇL-nın qalibi olmaqdı


Məqsədimiz ÇL-nın qalibi olmaqdı
“Oyuna hazır olacağıq”.

Corner.az xəbər verir ki, bunu PSJ-nin baş məşqçisi Maurisio Poçettino deyib. 
 
Çempionlar Liqasında 1/8 final mərhələsinin “Barselona” ilə ilk oyunu öncəsi fikirlərini açıqlayan mütəxəssis hər şeyə sakit yanaşdığını bildirib: “Cəmi qırx gündür burda olduğum üçün bu, xüsusi bir görüşdü. “Barselona” ilə matçın komanda üçün vacib olduğunu hiss edirəm. Mən hər şeyə sakit yanaşıram. Baş verənlər bunu dəyişdirilə bilməz. Komanda əvvəlki kimi deyil. Mən burada yeni bir komanda qurmağa çalışıram. Bəli, vacib oyunçular oyunu buraxacaqlar. Ancaq komanda enerji yığır, ən qısa müddətdə meydana necə daxil olacağını görür və qələbə  naminə bütün gücünü verəcək”.  
 
Poçettinonun sözlərinə görə, komandasında fövqəladə atmosfer və birlik var: “Əsas məqsədimiz Çempionlar Liqasının qalibi olmaqdı. Bu futbolçular klub və onun tarixi üçün bir şey etmək istəyirlər. Biz PSJ-nin öz xarakterinə sahib olmasını istəyirik”.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”