30 iyun 2026. Çərşənbə axşamı

Ən çox oynamaq istədiyim ... - Neymar


Ən çox oynamaq istədiyim ... - Neymar

PSJ-nin zədəli futbolçusu Neymar Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə ilk matçı buraxacağı üçün məyusdur.

Corner.az xəbər verir ki, bu barədə 29 yaşlı hücumçu öz Tvitter hesabında paylaşım edib. Braziliyalı oyunçu məyusluğunu belə ifadə edib:  "Ən çox oynamaq istədiyim üç oyundan biri".

Braziliyalı futbolçu yazının sonunda ağlayan emojidən də istifadə edib.

Neymarın martın 10-da keçiriləcək cavab görüşündə də iştirak etməməsi ehtimalı var.

Qeyd edək ki, Neymar ötən həftə Fransa kubokunun 1/32 finalında "Kan"la matçda (1:0)  zədələnmişdi.

Əlavə edək ki, "Barselona" - PSJ matçı bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu