26 mart 2026. Cümə axşamı

Messi 17 ildir ÇL-də qol sevinci yaşayır


Messi 17 ildir ÇL-də qol sevinci yaşayır
 “Barselona”nın hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasında (ÇL) yeni uğura imza atıb.
 
Corner.az xəbər verir ki, argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb.
 
33 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə PSJ ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.
 
Bununla da Messi “Real” və  “Şalke” klublarının keçmiş hücumçusu Raul Qonsalesin nailiyyətini (1995 - 2011) təkrarlayıb.
 
Qeyd edək ki, Messinin bu qolu “Barselona” üçün heç də düşərli olmayıb. Kataloniya təmsilçisi qalan dəqiqələrdə 4 qol buraxaraq meydanı 1:4 hesablı məğlubiyyətlə tərk edib.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"