7 may 2026. Cümə axşamı

Küçədə səni öldürəcəyəm - Mbappe+Alba arasında mübahisə


Küçədə səni öldürəcəyəm - Mbappe+Alba arasında mübahisə

Çempionlar Liqasının 1/8 finalının "Barselona" - PSJ (1:4) ilk oyunu zamanı Parislilərin hücumçusu Kilian Mbappe ilə katalonların müdafiəçisi Jordi Alba arasında mübahisə düşüb.

Corner.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, görüşün ilk hissəsində meydan sahiblərinin müdafiəçisi Serxinyo Dest epizodlardan birində etdiyi hərəkətə görə üzr istəmək üçün Mbappeyə yaxınlaşıb. Fransız oyunçu ona ispan dilində belə cavab verib: "Mənə toxunma". Bu zaman Alba söhbətə müdaxilə edib və Mbappeyə deyib: “Daha ağıllı ol. Bağışlamağınızı istədi". PSJ-nin forvardı bu cümləyə əsəbiləşib və səs tonunu qaldıraraq cavab verib: "Küçədə səni öldürəcəyəm".

Xatırladaq ki, Mbappe bu matçda het-trik edib.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"